Aİ-nin Ukrayna ilə bağlı öhdəlikləri 138 milyard avroya çatdı – Borrell

Avropa İttifaqının Ukraynaya yardımla bağlı ümumi öhdəlikləri 138 milyard avroya çatıb.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell deyib.

O, ABŞ-ın Kiyevə yeni vəsait ayıracağına ümid etdiyini bildirib. Aİ-nin Ukraynaya 138 milyard avro həcmində uzunmüddətli yardım öhdəliyi olduğunu, gələcəkdə bundan da çox vəsaitin ayrılacağını xatırladıb.

Qeyd edək ki, Borrell Kiyevə 2027-ci ilə qədər ödənməli olan 88 ​​milyard avroluq yardım paketinə daha 50 milyard avro əlavə edilməsi haqda qərar verib. Gələn həftə isə Borrell böyük ehtimalla bu rəqəmin 143 milyard avroya çatdırıldığını açıqlayacaq.

Belə ki, martın 18-də Brüsseldə keçiriləcək iclasda Avropa Sülh Fondu tərəfindən Ukraynaya əlavə 5 milyard avro ayrılması nəzərdə tutulur.

Əliyar Xəlil
Globalinfo.az