Aİ-nin Rusiyaya qarşı uğursuz sanksiyaları… – Peter Siyarto

“Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək cəhdləri kənardan qeyri-ciddi görünür. Çünki əvvəlki sanksiyalar açıq-aşkar uğursuzluğa düçar olub”.

Globalinfo.az xəbər verir ki, bu fikiri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto səsləndirib.

O bildirib ki, Avropa İttifaqı sanksiya siyasətinin tamamilə iflasa uğradığını başa düşməlidir:

“Avropa Komissiyası hazırda Rusiyaya qarşı 13-cü sanksiyalar paketini hazırlayır. Lakin bunu etmək asan məsələ deyil. Çünki məhdudiyyətlər artıq Rusiya sənayesinin və maliyyə sisteminin bütün sektorlarına təsir edib. Sanksiyaların tətbiq edilmədiyi sahələri və ya ailələri müəyyənləşdirmək isə çətindir və bunun üçün ciddi səy göstərilməlidir. Düşünürəm ki, sanksiya siyasəti qeyri-ciddi təsir bağışlayır”.

Siyarto hesab edir ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların uğursuzluğa düçar olduğunu anlamasının vaxtı çatıb.

Qeyd edək ki, Avropa İttifaqı RusiyaRusiya, sanya qarşı 13-cü sanksiyalar paketini müzakirə etməyə başlayıb. Fevralın 24-dək qəbul edilməsi planlaşdırılan məhdudiyyətlər yanvarın 17-də icma ölkələri səfirlərinin görüşündə müzakirəyə çıxarılıb. Söhbət sanksiya siyahılarının genişləndirilməsindən, əlavə ticarət məhdudiyyətlərinin tətbiq olunmasından gedir.

Aİ nümayəndəsi Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ikinci ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduqlarını da açıqlayıb.

Əliyar Xəlil,

Globalinfo.az