Aİ Misirə 7 milyard avrodan çox yardım yardım ayıracaq

Avropa İttifaqı Misirə 7 milyard 400 min avro məbləğində maliyyə yardımı göstərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən Avropa İttifaqı-Misir sammitinin yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

“Bu gün biz Aİ ilə birlikdə Misirə 7,4 milyard avro dəyərində yardım paketi haqqında saziş, həmçinin tərəfdaşlığımızın səviyyəsini strateji səviyyəyə qaldıran birgə bəyannamə imzaladıq”, – Misir lideri bildirib.

O əlavə edib ki, Qahirədə baş tutan danışıqlar zamanı o, Avropa liderləri ilə enerji problemləri, yaşıl hidrogen istehsalı və qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri ilə bağlı müzakirələr aparıb.