6254c760 9e57 11ed 9e82 3db3a9426e58

Avropa İttifaqı 10 min avrodan yuxarı olan nağd ödənişləri qadağan edəcək.

Globalinfo.az xəbər verir ki, Avropa Parlamenti və Aİ ölkələrinin nümayəndələri çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə müvafiq razılıq əldə ediblər.

Qanun bütün Aİ ölkələrində qüvvədə olacaq və milli qanunvericilikdə qalan boşluqları aradan qaldıracaq. Daha sərt qaydalar isə zərgərlik məmulatlarının, lüks avtomobillərin, şəxsi təyyarələrin və yaxtaların satışına şamil ediləcək.

Bundan əlavə, Aİ səlahiyyətliləri aktivləri 50 milyon avrodan çox olan ultra zəngin insanların bank əməliyyatlarını daha diqqətlə izləyəcəklər. Səhmlərin ən azı dörddəbirinə sahib olan şirkət rəhbərləri bütün Aİ ölkələrində qeydiyyatdan keçəcəklər. Bu tədbirlər xüsusilə rus oliqarxlarını Aİ sanksiyalarından yan keçmək imkanından məhrum etməyə yönəlib.

Yeni qaydanın 2029-cu ildə qüvvəyə minməsi gözlənilir. Bu məsələlərə nəzarətin məsuliyyəti isə Avropa Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsi və milli hakimiyyət orqanlarının üzərinə düşəcək. Yeni qurumun qərargahının harada yerləşəcəyi ilə bağlı qərar 2024-cü ildə veriləcək.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: