Çaşqınlıq: Rusiyanı Azərbaycanla əvəz edirlər – Karapetyan

“Avropa İttifaqının Azərbaycanın enerji resurslarından imtina edəcəyi real deyil. Aİ Rusiya karbohidrogenlərinə alternativ tapmağa cəhd edir. Belə alternativlərdən biri də Azərbaycandır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu Hrayr Karapetyan deyib.

O bildirib ki, Aİ-nin Ermənistandakı monitorinq missiyasının genişləndirilməsi və Türkiyə ilə sərhədin perimetri boyunca müşahidəçilərin yerləşdirilməsi Brüsselin Cənubi Qafqazda və xüsusilə İrəvanda mövcudluğunu gücləndirmək istəyinin göstəricisidir.

“Avropa İttifaqı Ermənistanı getdikcə daha çox öz təsir orbitinə çəkməyə və Rusiyanın regionda mövqeyini zəiflətməyə çalışır. Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədində yerləşməsi faktını nəzərə alsaq, Avropa Parlamentinin qətnaməsi Ermənistan-Rusiya razılaşmasına ziddir. Bu baxımdan qətnamə müəyyən çaşqınlıq yaradır. Çünki iki fərqli güc mərkəzinin nümayəndələri eyni yerdə ola bilməz”, – Karapetyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az