Ağlasığmazdır, lakin reallığa çevrilib: Türkiyə Ermənistanın… – Lukyanov

“Ermənistan üçün yeganə Avropayönlü seçim Türkiyədir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.

“İnteqrasiya məkanından fiziki baxımdan uzaq olan istənilən ölkə Avropa Birliyinə inteqrasiya edə bilməz. Bunu əvvəlki illərin təcrübəsi göstərir. Ermənistan üçün yeganə Avropa seçimi Türkiyə ola bilər. Bu, qonşu ölkədir və yeri gəlmişkən, AB-yə üzvlüyə namizəddir. Əgər bir neçə il əvvəl olsaydı, mən Türkiyə ilə əlaqələrin istənilən perspektivini istisna edərdim, lakin indi bunu deyə bilmirəm. Ona görə ki biz İrəvanın mövqeyinin necə kəskin dəyişdiyini görürük. Yəni tamamilə ağlasığmaz olan şey indi reallığa çevrilib. Qarabağdan imtina ölkədə heç bir silkələnmə yaratmadı. Ona görə də mən istisna etmirəm ki, avrointeqrasiya Türkiyə ilə münasibətlərin bərpası anlamına gələcək və bəlkə də daha çoxu olacaq”, – Lukyanov bildirib.

Əliyar Xəlil
Globalinfo.az