***
10:00
Ötən gün Azərbaycanın şimal rayonlarında fəsadlar törədən qeyri-sabit hava Qarabağ iqtisadi rayonunda da müşahidə edilib.
Globalinfo.az xəbər verir ki, xüsusən keçmiş Ağdərə rayonuna güclü dolu yağıb.
İlkin məlumata görə, dolu nəticəsində əkin sahələrinə, bağlara ziyan dəyib. Həmçinin 35 ədəd minik avtomobili, 9 ədəd istixana, 5 ədəd günəş enerjisi ilə işləyən su qızdırıcısı, 26 ədəd yaşayış evinin dam örtüyü, 1 ədəd heyvandarlıq fermasının divarı uçub, 9 baş buzov isə sel nəticəsində tələf olub.
Bu gün səhər saatlarında Əsgəran rayonuna da təxminən 10 dəqiqə müddətində dolu yağıb. Təbii fəlakət nəticəsində əhali və təsərrüfat ciddi zərər görüb.
Qeyri-sabit hava digər ərazilərdə də fəsadlara yol açıb.
Qeyd edək ki, bu, onsuz da separatçı rejimin sərt təzyiqləri altında yaşayan ermənilərin vəziyyətini bir qədər də ağırlaşdırıb.
Tamerlan Yayaqan
Globalinfo.az
