
Xəbər verdiyimiz kimi Zelenski və Tramp arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, Ağ Ev danışıqların yekununa dair məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı zamanı ölkəsinə əlavə hava hücumundan müdafiə sistemlərinin, xüsusilə “Patriot” zenit-raket komplekslərinin tədarükünü xahiş edib. Tramp bu məsələnin nəzərdən keçiriləcəyini bildirib.
Telefon danışığı zamanı Ukrayna lideri Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa razı olduğunu da təsdiqləyib.
Ağ Evin açıqlamasına görə, ABŞ Ukraynaya müdafiə xarakterli kəşfiyyat məlumatları ötürməyə davam edəcək.
Bundan əlavə, Tramp Zelenskiyə ABŞ-ın Ukraynadakı elektrik və nüvə stansiyalarının idarə edilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Ağ Ev həmçinin Tramp və Zelenskinin razılığa gəldiyini və yaxın günlərdə ABŞ və Ukraynanın ekspert qruplarının Səudiyyə Ərəbistanında görüş keçirəcəyini açıqlayıb.
Aysel əliyeva
Globalinfo.az