Qurban Yetirmişlidən zəlzələ ilə bağlı daha bir açıqlama

İyul ayının 4-də zəlzələ baş vermişdi. Ondan sonra qalan enerjinin nəticəsi olaraq bu gün yeraltı təkanlar hiss edildi.

Globalinfo.az xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələyə dair brifinqdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, iyulda baş vermiş zəlzələdən sonra tam enerji boşalması olmadığı üçün bu gözlənilən zəlzələ idi.

***09:15

Zəlzələdən sonra 3 bala kimi afterşoklar olsa da, qorxulu bir şey gözlənilmir.

Globalinfo.az bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

“Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”, – deyə o qeyd edib.