Adanada inanılmaz əməliyyat: 17 terrorçu belə saxlanıldı – VİDEO

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 17 şübhəlidən 5-i həbs olunub, 12-si haqqında isə məhkəmə nəzarəti qərarı verilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.

Adana Terrorla Mübarizə Şöbəsi tərəfindən 23 ünvanda aparılan axtarışlar zamanı 17 İŞİD terror təşkilatının üzvü yaxalanıb; onlardan 5-i həbs edilib, 12-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu silah-sursat, eləcə də əl qumbarası ələ keçirilib.

Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə fasiləsiz davam edəcək.