“ABŞ-ın yeni sanksiyaları ticarət müharibəsinin növbəti addımıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, ABŞ-ın bu addımı qanuni deyil. Lakin Birləşmiş Ştatlar öz liderliyini qoruyub saxlamaq üçün Rusiyaya yeni sanksiyalar tətbiq edir.
“Yeni anti-Rusiya sanksiyaları artıq ticarət müharibəsinə çevrilib. Bu, bazarın yenidən bölüşdürülməsi uğrunda aparılan mübarizədir. Bütün bunlar ABŞ-ı aqressiv hərəkətlərə sövq edir”, – Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az