“Artıq bir neçə dəfə demişəm və yenə təkrarlayıram ki, Rusiya sərhədçilərini İrəvan hava limanından ABŞ-ın tələbi ilə çıxarıblar”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.
“Onlar istəyirlər ki, İrəvana gələn xaricilərin məlumatları, baqajları Rusiyanın nəzarətinə verilməsin. Ermənistanın bu çərçivəyə girməsi ilk növbədə İran, Gürcüstan və Rusiya ilə bağlıdır.
Ermənistan çox qısa zamandan zibilxanaya çevriləcək. Ən pis halda isə Ermənistanda və ətrafında hər şey eyni anda başlayacaq. Daha dəqiq isə Gürcüstanda və Ermənistanın cənubunda”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az