Ora Qurban Qurbanovun adı verilsin – Deputat

“Təklif edirəm ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

“Dünən “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi. Bu səbəblə Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi hallar müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Q.Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az