shutterstock 1073856155 725x483 1

Amerika Birləşmiş Ştatları Xuan de Fuka tektonik plitəsinin qırılması nəticəsində böyük zəlzələ riski ilə üz-üzədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Alimlər Kaskadiya subduksiya zonasında baş verəcək zəlzələnin Şimali Amerikanın tarixində ən böyük fəlakət ola biləcəyini bildirirlər.

Bu lövhə Vaşinqton, Oreqon və Kaliforniya ştatları boyunca uzanır. Mütəxəssislər bu zəlzələnin San Andreas qırılma zonasına da təkan verə biləcəyini deyirlər.

Xatırladaq ki, avqustun sonunda ABŞ-ın Nevada ştatında, Elko şəhərindən 95 km aralıda 5,3 bal gücündə zəlzələ baş verib və 6 kilometr dərinlikdə qeydə alınıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: