f165eb62 7dcb 4dae 95ca a3a872c6b351

Amerika Birləşmiş Ştatları Qəzzaya ilk humanitar yardımın daşınmasını başa çatdırıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, yardım “C-130 Hercules” təyyarəsindən paraşütlə atılıb.

38 mindən çox ərzaq bağlaması hava yolu ilə çatdırılıb, su və ya dərman olmayıb.

ABŞ Mərkəzi Komandanlığı bu məlumatı təsdiqləyib. Bildirilib ki, İordaniya və ABŞ Hərbi Hava Qüvvələri “davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə lazımi yardım göstərmək üçün Qəzza zolağına humanitar yardımın çatdırılması məqsədilə birgə hava əməliyyatı keçirib”.

Ağ Ev belə hava daşımalarının mütəmadi olacağını və İsrailin bu səyləri dəstəklədiyini bildirib.

Paylaş: