ABŞ İranı təcrid edə bilmədi – Rəisi

“ABŞ-ın İranı təcrid etmək cəhdləri uğursuz olub”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

O bildirib ki, ABŞ Tehranı təcrid etmək üçün regionda İranofobiyanı yaymağa çalışıb, lakin buna nail ola bilməyib.

“Amerikalılar daim İranofobiya yaratmağa və ərəb ölkələrini İsrailə yaxınlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Birləşmiş Ştatlar güclü İrana və onun nüvə sənayesinə təzyiq göstərmək istəyir. Biz dəfələrlə bildirmişik ki, nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edəcəyik. Beynəlxalq Atom Enerjisi Agentliyi bizim nüvə sənayemizə nəzarət edir”, – Rəisi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az