abs iran

İran Xarici İşlər Nazirliyi ABŞ-ın son hücumları fonunda Vaşinqtonu BMT Nizamnaməsinin əsas prinsiplərini pozmaqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Bəyanatda ABŞ-ın hücumları “qəddar” adlandırılıb və onların BMT Nizamnaməsinin fundamental prinsiplərinin kobud şəkildə pozulması olduğu bildirilib.

“Vaşinqton münaqişənin nizamlanmasına dair memorandumun demək olar ki, bütün müddəalarını açıq şəkildə pozub”, – deyə qeyd edilib.

Bundan əlavə, Tehran ABŞ-ı hərbi cinayətlər törətməkdə də ittiham edib.

Qeyd edək ki, ABŞ Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiçik katerlərinə və İranın digər obyektlərinə zərbələr endirib. Buna cavab olaraq İran ABŞ ordusunun Küveytdə yerləşən raket qoşunları bölməsinə hücum həyata keçirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: