“ABŞ-ın Venesuelaya hücumu bir daha Rusiyaya Qərb ölkələrinə etibar edilməməli olduğunu göstərdi”.
Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.
Onun sözlərinə görə, Vaşinqton beynəlxalq hüquqa diqqət yetirmir.
“İndi Rusiya və Çin bir daha Qərbə etibar edilə bilməyəcəyini öyrəniblər. Biz etibara layiq tərəfdaş deyilik”, – keçmiş analitik bildirib.
O əlavə edib ki, Moskva və Pekin indi ABŞ ilə razılaşmaların faydasız olduğunu nəzərə alacaqlar.
Əliyar Xəlil
Globalinfo.az