WhatsApp Image 2022 12 25 at 03.18.02

Əgər İrəvanın Moskva görüşündə iştirakdan imtinası Kremlə qarşı demarşdırsa, biz bu addımların Ermənistan üçün necə ağrılı bitdiyini çox yaxşı bilirik.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Poqosyan deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları azərbaycanlı ekoloqlara qarşı heç vaxt güc tətbiq etməyəcək. O, Bakının indiki dönəmdə əsas məqsədinin bölgədəki balansı Türkiyənin xeyrinə dəyişməkdən ibarət olduğunu bildirib.

Poqosyan Azərbaycanın xüsusilə ABŞ və Britaniya tərəfindən aktiv dəstəkləndiyini qeyd edib:

“ABŞ-nin Cənubi Qafqazda üç strateji məqsədi var və bunlar Rusiyanın bölgədən çıxarılmasına istiqamətlənib. Azərbaycan bu oyuna ona görə daxil olur ki, nəticədə Moskvanın gözündə özünün strateji əhəmiyyətini artırır”.

Paylaş: