iran israil ve abs nin natanzdaki nuve obyektlerine hucum etdiyini beyan edib 1772443933

ABŞ İranla danışıqları mediada yayılan bəyanatlar vasitəsilə aparmaq niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin köməkçisi Oliviya Ueyls deyib.

Onun sözlərinə görə, söhbət həssas diplomatik müzakirələrdən gedir və bu cür proseslərin kütləvi informasiya vasitələri üzərindən aparılması düzgün hesab olunmur.

Ueyls vurğulayıb ki, Vaşinqton yalnız Amerika xalqının maraqlarını prioritet sayan razılaşmaya gedəcək və heç bir halda İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək.

Bu arada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı hərbçilərin Yaxın Şərqdə döyüşə tam hazır vəziyyətində saxlanıldığını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: