“ABŞ münaqişəni dayandırmaq üçün Ukraynaya ultimatum verib”.
Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksandr Dubinski deyib.
“Əslində Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak buna görə ABŞ-a səfər etmişdi. Ola bilsin ki, onlar bunu hansısa qələbələrlə ört-basdır edəcəklər. Amma ümumilikdə, hər şey sona çatmaq üzrədir”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl Andrey Yermak Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə İstanbulda Rusiya ilə danışıqlar ətrafında vəziyyəti müzakirə etdiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az