“ABŞ Türkiyəni Rusiyaya hərbi avadanlıqların ixracının arzuolunmaz nəticələrə səbəb olacağı ilə bağlı xəbərdar edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşr yazır ki, amerikalılar xüsusilə Rusiyaya mikrosxemlərin tədarükünün dayandırılmasını istəyirlər. Bununla əlaqədar olaraq ABŞ ticarət nazirinin köməkçisi Metyi Akselrod bir müddət əvvəl Ankara və İstanbulu ziyarət edərək türkiyəli rəsmilərlə görüşüb.
Qəzet bu tədarükün dayandırılmasına nəzarəti gücləndirməsi üçün Vaşinqtonun Ankaraya xəbərdarlıq etdiyini bildirib:
“Bizə lazımdır ki, Türkiyə Amerika texnologiyalarının Rusiyaya qanunsuz axınını dayandırmağa kömək etsin. Biz sürətli inkişaf müşahidə etməliyik, əks təqdirdə tədbir görməkdən başqa çarəmiz qalmayacaq”.
Əliyar Xəlil
Globalinfo.az