ABŞ səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi də bununla bağlı rəsmi hesabında paylaşım edib.
Bildirilib ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək hal alıb: “Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.
ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”.
