
ABŞ-da qasırğa səbəbindən ölənlərin sayı artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
ABŞ-ın mərkəzi və cənub hissəsində tüğyan edən qasırğa və şiddətli fırtına səbəbindən ölənlərin sayı 40 nəfərə yüksəlib.
Həftəsonu 9 əyalətdə burulğan müşahidə edilib. Bundan əlavə, qasırğa həm də meşə yanğınına səbəb olub. Güclü külək səbəbindən yanğın qısa zamanda daha geniş əraziyə yayılıb. 400-dən çox evə ziyan dəyib.
Aysel Əliyeva
Globalinfo.az