ABŞ bazalarına terror təhlükəsi: hazırlıq vəziyyətinə gətirildilər 

ABŞ-ın Avropadakı hərbi bazaları terror hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, terror hücumunun hədəfi ABŞ hərbçiləri və ya obyektləri ola bilər.

“Onlar ən azı 10 ildə ilk dəfədir ki, bu səviyyədə təhlükə ilə üzləşirlər. Hərbçilər ABŞ-ın Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqart da daxil olmaqla, döyüş hazırlığının səviyyəsini artırıb. Təhlükəsizlik tədbirlərinin artırılmasına hansı kəşfiyyatın səbəb olduğu hələlik bəlli deyil”.

Əliyar Xəlil
Globalinbfo.az