“İsrailin İrana hücumu iki ölkə arasında birbaşa hərbi fəaliyyətlərə son qon qoyacaq, Tehrana hücum sonuncu olacaq”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “NBC News” Bayden administrasiyasındakı mənbəsinə istinadən yayıb.
“İsraillə İran arasında birbaşa hərbi toqquşmaya son qoymalıdır. ABŞ-ın bununla bağlı qəti mövqeyi var və o, regiondakı bütün tərəfdaşlarımıza çatdırılıb. Biz israillilərlə son həftə ərzində işləyərək, onları İrana proporsional cavab zərbəsi endirməyə razı sala bilmişik” – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ İranın İsrailə cavab zərbəsi endirməyini istəmir.
Qeyd edək ki, bu səhər İsrail İrana zərbələr endirib. Hücum zamanı ölkənin müxtəlif yerlərindəki hərbi obyektlər hədəfə alınıb.
Əliyar Xəlil
Globalinfo.az