Abid Şərifova məxsus olduğu deyilən şirkət məhkəmə qarşısında

“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon”” ASC-yə inzibati protokol yazılıb.

Globalinfo.az Pravda.az – a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi ASC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.

Qeyd: ASC-nin Baş nazirin sabiq müavini Abid Şərifovun yaxınlarına məxsus olduğu bildirilir.