WhatsApp Image 2026 11 27 at 18.49.07

Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Diplomatik mənbələrdən bildirilib ki, səfir XİN-ə çağırılıb və ona ötən gün UEFA Avropa Liqası çərçivəsində Batumidə oynanılan “Beşiktaş”-“Hapoel Beer-Şeva” oyununda baş vermiş hadisələr barədə narazılıq ifadə olunub.

Səfirdən hadisənin ətraflı araşdırılması və türkiyəli azarkeşlərə qarşı güc tətbiqi və müdaxiləyə görə məsuliyyət daşıyanlarla bağlı hüquqi tədbir görülməsi tələb olunub.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: