vilyam hafiz

Xəbər verdiyimiz kimi, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. Onun səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa çıxdığı deyilir. Məlumata görə, sabiq başçının cəzasının başa çatmasına bir ildən bir qədər çox vaxt qalmışdı.

Globalinfo.az məsələ ilə bağlı Vilyam Hacıyevin yaxın qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb.

O, Vilyam Hacıyevə zəng edib danışdığını bildirib:

“Hələ azadlığa çıxmayıb, amma telefonla əlaqə saxlayıb təbrik etdim. Biz düşmən deyilik ki… Kimin səhv hərəkəti olubsa, vaxtında demişəm, kim haqlı olub, bildirmişəm. Biz qohumuq, qohumluqdan da imtina edə bilmərik. O, əmi nəvəsidir. Ona görə də heç bir problem yoxdur”.

H.Hacıyev Prezident İlham Əliyevə təşəkkür edib:

“Allah cənab Prezidenti var eləsin, canını sağ eləsin. Böyük humanist addım atdı, köməklik göstərdi, onun evinə-eşiyinə qayıtmasına şərait yaratdı.

İndi hər şey normaldır. Əgər qohumum bizi eşitsəydi, həmin vəziyyətə düşməzdi. Hər halda, xeyli müddət içəridə qaldı və cəzasını çəkdi”.

Hafiz Hacıyev Vilyam Hacıyevlə münasibətlərinin normal olduğunu bildirib:

“Vilyam Hacıyevlə daim əlaqə saxlamışıq, danışmışıq. Mənim həbsxanaya getməyim mümkün deyil. Amma telefon əlaqələrimiz hər zaman olub”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: