Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində yük avtomobillərinin keçidi ilə bağlı çətinliklər yaranıb.

Globalinfo.Az xəbər verir ki, bu barədə sürücülər Oxu.Az-a müraciət ediblər.

Belə ki, bir neçə müddətdir davam edən vəziyyət sürücülərin narazılığına səbəb olub. Yük avtomobillərinin sərhəd-keçid məntəqəsindən keçməsi zamanı problemlərlə üzləşdiyi bildirilir.

Sürücülər günlərdir davam edən çətinliyin onların vaxt itkisinə və əlavə narahatlıqlara səbəb olduğunu qeyd edirlər. Xüsusilə sərhədi keçmək istəyən avtomobil sahibləri mövcud vəziyyətin nə zaman aradan qaldırılacağı ilə bağlı aydınlıq gözləyirlər.

Qeyd edək ki, Biləsuvar sərhəd-keçid məntəqəsi Azərbaycanla İran arasında avtomobil nəqliyyatı və sərnişin daşımaları baxımından mühüm keçid məntəqələrindən biridir.

Hazırda problemin dəqiq səbəbləri məlum deyil.

Paylaş: