Krım körpüsünə hücumlardan əvvəl də Rusiya ordusu Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə 109 hücum edib.
Globalinfo.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Ues Stritinq ilə görüşdə deyib.
“Əvvəla, qeyd etmək lazımdır ki, hətta bizim cavabımızdan – yəni Krım körpüsünə zərbədən əvvəl də Putin Ukrayna körpülərinə 109 raket və PUA hücumu həyata keçirib. Bir dəfə deyil, iki dəfə deyil – raket və dronlardan istifadə etməklə 109 hücum həyata keçirilib”, – Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın hərəkətləri Prezident Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığını və eskalasiyanı daha da artırmaq üçün “bir-birinin ardınca” bəhanələr tapmaq istədiyini nümayiş etdirir.