Fransanın Nitsa şəhərinin rəhbərliyi Azərbaycana qarşı hərbi cinayətlərə görə Bakıda həbs cəzası çəkən erməni əsilli şəxslərə “fəxri vətəndaşlıq” verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Yaşamaq ölkəsi” partiyasının həmtəsisçisi Mane Tandilyan məlumat yayıb.
Tandilyan bildirib ki, bu qərar şəhər meri Erik Siottinin istəyi çərçivəsində qəbul olunub:
“Mer erməni məhbusların fotolarının onların taleyinə beynəlxalq diqqəti qorumaq məqsədilə bələdiyyə binasının barmaqlıqlarında saxlanılacağını da bildirib”.
Tandilyan bu addımı “humanizm və prinsipiallıq nümunəsi” kimi dəyərləndirib. Bununla yanaşı, o, Nitsanın mövqeyini rəsmi İrəvanın siyasəti ilə müqayisə edərək Ermənistan hakimiyyətini tənqid edib.
Qeyd edək ki, Fransa hakimiyyəti, eləcə də bu ölkədəki müxtəlif dairələr son vaxtlar Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Rəsmi Bakı bu vəziyyətin qəbuledilməz olduğunu bildirir.
Xatırladaq ki, “Bakıda saxlanılan erməni məhbuslar” dedikdə, hərbi cinayətlərə görə həbs yatan Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər terrorçuları nəzərdə tutulur.
Safura Bənnayeva
Globalinfo.az