Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir.
Globalinfo.az bildirir ki, cəlb olunan vəsaitlərin bankın yaşıl aktivlərinin artırılması və dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi istiqamətində istifadəsi nəzərdə tutulmuşdur. 18 ölkədən 37 bankın iştirak etdiyi layihə ətraf mühitin qorunması və dayanıqlı iqtisadi inkişafın təşviqinə töhfə verməklə yanaşı, beynəlxalq maliyyə əməkdaşlığının genişləndirilməsinə də xidmət edir.
Qeyd edək ki, Xalq Bank əvvəlki dövrlərdə də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində müxtəlif irihəcmli sindikativ kredit layihələrində iştirak etmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.