ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
“Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəlir – 250 dollar; təsəvvür edə bilirsinizmi?” – deyə ABŞ lideri Floridadakı seçkiqabağı mitinq zamanı kütlə arasındakı etirazçını görərkən söyləyib.
Siyasətçi etiraz edən vətəndaşı “luzer” adlandırıb və onun dərhal çölə çıxarılmasını tələb edib.
Tramp xüsusi olaraq vurğulayıb ki, onun çıxışındakı ən vacib “kuliminasiya ifadələri” hər dəfə nümayişçilər tərəfindən yarımçıq qoyulur.
Xatırladaq ki, ABŞ Konqresinə seçki noyabrın 3-də keçiriləcək.