tramp sanksiya

“Axmaq insanlar mənim Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimi istəyirdilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna silahlı qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdiyinə görə Rusiyada məhkum edilmiş, bu yaxınlarda azadlığa buraxılmış amerikalı Stiven Habbardla görüş zamanı jurnalistlərə açıqlamasında deyib. 

Tramp həmçinin qeyd edib ki, ABŞ hələ də Rusiya Birbaşa İnvestisiya Fonduna qoyulan məhdudiyyətləri aradan qaldırmır.

Onun fond üzərindəki sanksiyaları qaldırmağı düşünüb-düşünmədiyi soruşulduqda, “Mən bunu qaldırmıram, heç nə etmirəm”, – cavabını verib. 

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: