“Mədəniyyətlərarası dialoqla bağlı forumun Azərbaycanda keçirilməsi tamamilə təbii haldır”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Füzuli Qurbanov deyib.
Siyasi şərhçi bildirib ki, bu prosesin əsasında Prezident İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi” dayanır:
“Azərbaycanın fəallığı ilə ölkəmiz qısa zamanda mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqu təşkil etməyin qlobal hərəkatına çevrildi.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna görə dialoqun rəmzlərindən biridir. Prezident İlham Əliyev Forumdakı çıxışında aktual və vacib tezislər irəli sürdü. Onları birləşdirən ümumi tezis Azərbaycanın müstəqil və suveren dövlət kimi, sülh yaradıcı, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa daim açıq olması ilə bağlıdır. Azərbaycan xalqı milli qürurunu kimsəyə qurban verməyəcək!
Eyni zamanda, dünyada mövcud olan ziddiyyətlərin dialoq yolu ilə aradan qaldırılması xəttinə sadiq qalacaqdır”.
Turan Rzayev
Globalinfo.az