Estoniya, Latviya və Litva ABŞ-ın Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması çağırışlarına ciddi yanaşmalıdırlar.
Globalinfo.az xəbər verir ki, bunu Kiprli jurnalist Aleks Kristoforu deyib. Jurnalist bu fikirləri “YouTube” platformasında yayımlanan çıxışı zamanı səsləndirib.
Onun qənaətinə görə, Vaşinqtonun mesajları Baltikyanı ölkələrə Rusiya ilə mümkün münaqişə zamanı ABŞ-ın dəstəyinə arxalanmamaq barədə xəbərdarlıq kimi qiymətləndirilə bilər.
Kristoforu bildirib ki, Pentaqonun mövqeyi mahiyyət etibarilə Estoniya, Latviya və Litvaya Rusiyanı təhrik edəcək addımlardan çəkinmək barədə mesajdır.
“Əgər Rusiya ilə münasibətlərdə həddindən artıq irəli getsəniz və onu təhrik etdiyiniz üçün münaqişəyə cəlb olunsanız, biz sizi dəstəkləməyəcəyik”, – deyə jurnalist ABŞ-ın mövqeyini şərh edərkən bildirib.
O, həmçinin qeyd edib ki, Vaşinqton Avropa ölkələrini ritorikanı sərtləşdirməkdən və düşünülməmiş addımlardan çəkinməyə çağırır.
Tahir Turan