1872d7a4 ed9b 46ff 84c9 c0960225a9de

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıda səfərdədir. Onun yanında bəzi KİV-lərin sevgilisi kimi təqdim etdiyi ukraynalı model Natalya Qotsiy də görülüb.

Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, Abramoviçin Bakıya səfərinin “Baku International Art Festival” (BIAF) ilə əlaqəli olduğu ehtimal edilir.

Milyarder festival çərçivəsində keçirilən tədbirlərdə iştirak edərkən görüntülənib.

Bu, Abramoviçin festival günlərində Bakıya ilk səfəri deyil. O, ötən il də “Baku International Art Festival “çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib.

Qeyd edək ki, “Baku International Art Festival” (BIAF) 2026-cı il oktyabrın 28-dən noyabrın 8-dək keçirilir.

Festival proqramı çərçivəsində oktyabrın 30-da “Nizami” Kino Mərkəzində Uilyam Kentricin filmi təqdim olunub. Həmin gün festival orkestri dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə Dmitri Şostakoviçin Onuncu simfoniyasını ifa edib. Tədbirdə, həmçinin Fikrət Əmirov və Elmira Nəzirovanın əsərləri səsləndirilib.

f406258d 5a6b 40db 9476 3b4e68ad5cf1 0e53df5a b3f0 4bab a2d1 736928bdb14f

Paylaş: