ukrayna ordusu 1 1

Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsinə dəstək verməyə və Avropa İttifaqının Kiyevə ayırdığı 90 milyard avroluq kredit proqramına qoşulmağa hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Monrealda keçirilən Aİ-Kanada sammitindən sonra Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.

Karni Kanadanın Ukraynaya dəstək məqsədilə 500 milyon avro ayırmaq niyyətində olduğunu açıqlayıb. Avropa İttifaqı və Kanada arasında sammitin yekununda qəbul edilən birgə bəyanatda da Ottavanın Ukrayna Dəstək Kreditinə qoşulmaq niyyəti alqışlanıb.

Qeyd edək ki, Aİ-nin 90 milyard avroluq kredit proqramı 2026-2027-ci illəri əhatə edir. Vəsaitin 60 milyard avrosunun Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə, 30 milyard avrosunun isə büdcə ehtiyaclarının qarşılanmasına yönəldilməsi nəzərdə tutulur. 

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Aİ-dən 2027-ci il üçün nəzərdə tutulan maliyyə vəsaitinin bir hissəsinin vaxtından əvvəl Kiyevə köçürülməsini istəmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: