sdt

“İnci” körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət iddiası ilə bağlı açıqlama yayılıb. 

Globalinfo.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,”İnci” körpələr-evi uşaq bağçasında uşağa qarşı davranışla əlaqədar araşdırma aparılacaq:

“Araşdırmanın  nəticələrinə müvafiq olaraq qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır”.

X X X

“İnci” körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub.

Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb.


Onun sözlərinə görə, uşağın bədənin müxtəlif hissələrində qızartılar var:

“Uşağımı bağçadan götürəndə deyirdi ki, “mama, ak elədilər”. Mən başda ciddiyə almadım. Lakin sonra uşağın qəribə hərəkətlər etdiyini gördüm. Başına vurur, saçını yolur və “İslam, bəsdir” deyir. Uşaq bunun kim tərəfindən ona edildiyini demirdi. Müəllimə də neçə dəfə oğlumun belə hərəkət etdiyini demişəm. Müəllimi isə ona heç nə edilmədiyini deyirdi. Bir neçə dəfə də uşağımın qolunda qançırların olduğunun şahidi olmuşam. Hiss olunur ki, kimsə çimdik götürüb. Yenə də gözardı etmişdim, üstünə getmədim. Bağçaya gedəndə müəllim uşağın dəcəllik elədiyini, yatmadığını, pəncərəyə yapışdırılan kağızları qopardığını deyib. Uşağın üzünü yuyanda qulağının ağrıdığını hiss etdim. Baxanda gördüm ki, göyərib qulağının arxası. Sonra paltarlarını soyundurdum gördüm ki, boğazında cırmaq izi var, qolunda qızartılar var. Mən bunu onlara sübut edə bilmirəm ki, uşağımı bağçada döyürlər”.

Məsələ ilə bağlı açıqlama almaq üçün bağçanın direktoru Rəvanə Ağayeva ilə əlaqə saxladıq. O bildirib ki, məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsi (BŞTİ) məlumatlıdır, mövqe qurum tərəfindən təqdim ediləcək.

Səsləndirilən iddia ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Paylaş: