oqtay 17

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.

Globalinfo.az bildirir ki, APA-nın şimal bürosunun məlumatına görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib.

    Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan məktəbli hadisə yerində ölüb.

    Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə dərs saatlarında baş verməyib.

    Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Paylaş: