“Azərbaycanın Sakit Okean Asiya Səyahət Assosiasiyasına (PATA) müraciət etməsi düzgün qərardır”.
Globalinfo.az xəbər verir ki, bunu PATA-nın sədri Henri Oh Bakıda keçirilən “PATA Hosted Buyers Summit Baku 2026”da jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, assosiasiyanın Asiya ölkələrindən olan alıcılardan ibarət şəbəkəsi mövcuddur:
“Həmin şəbəkədən 50 nümayəndə seçilərək Azərbaycana dəvət olunub. Onlar Azərbaycanın qonaqpərvərliyini hiss etməli, ölkəmizin nə qədər gözəl və möhtəşəm olduğunu görməlidirlər. Bu, bizim borcumuzdur, çünki onlar sizi qəbul ediblər. Azərbaycan Asiya bazarı üçün böyük turizm potensialına malikdir və kəşf edilməmiş bir xəzinədir”.
Ləman İmran
Globalinfo.az