“Ümummilli dəhşətli tənəzzülümüz çox aydın görünür”.
Globalinfo.az xəbər verir ki, bunu iranşünas erməni ekspert Vardan Voskanyan yazıb.
O xatırladıb ki, bir vaxtlar Ermənistanda “Ağdam mənim vətənimdir, ya yox” müzakirəsi gedirdi:
“Biz “Ağdam vətənimizdir, ya yox?” müzakirəsindən “Tiqrenaşen (Kərki – red.) vətənimizdir, ya yox?” sualına gəlib çatmışıq.
Ən iyrənc olan isə budur ki, həmin sual artıq nəinki tabu deyil, həm də ictimaiyyət arasında geniş müzakirə oluna bilən məsələyə çevrilib”.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan 2017-ci ildə parlamentdə çıxışı zamanı Ağdamın ermənilərin vətəni olmadığını bildirmiş, onun bu fikirləri böyük rezonans doğurmuşdu.
Əliyar Xəlil
Globalinfo.az