Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Globalinfo.az bildirir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.
“Qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib”, – deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat dekabrın 23-də ictimaiyyətə açıqlanacaq.