Ukraynada vəziyyətin ağırlaşması canlı qüvvə və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə əlaqələndirilir.
Globalinfo.az xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen bu barədə “Deep Dive” yutub kanalında danışıb.
Onun sözlərinə görə, Ukrayna ordusunun cəbhədə üzləşdiyi əsas problemlərdən biri şəxsi heyətin, digəri isə hava hücumundan müdafiə vasitələrinin çatışmazlığıdır. E
Ekspert bildirib ki, vəziyyətin kritik həddə çatması Kiyevi Avropa İttifaqından əlavə dəstək istəməyə vadar edib:
“Vəziyyət kritik hədda çatıb. Canlı qüvvə çatmır. Hava hücumundan müdafiə zəifdir. Ukrayna Avropa İttifaqına möhtac qalıb”.
Diesen, həmçinin Rusiya ordusunun Ukraynanın logistika obyektlərinə, enerji infrastrukturuna, anbarlarına və körpülərinə endirdiyi zərbələrə diqqət çəkib.
O hesab edir ki, nəqliyyat əlaqələrinin ciddi şəkildə pozulması ölkədə genişmiqyaslı böhrana səbəb ola bilər.
Professorun fikrincə, yaranmış vəziyyət Qərb ölkələrinin Moskva ilə münasibətləri bərpa etməyə çalışmasının səbəblərindən biri ola bilər.
Tahir Turan