“Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Yüksəksəviyyəli Görüşü çərçivəsində Prezident İlham Əliyevin İCESCO və İƏT in baş katibləri ilə baş tutan bu qəbulları böyük strateji əhəmiyyəti daşıyır”.
Bu sözləri Globalinfo.az-a deputat Müşfiq Cəfərov deyib:
Politoloq bildirib ki, bu görüşlər Azərbaycanın İslam dünyasındakı liderlik mövqeyinin güclənməsi, beynəlxalq nüfuzunun artması və İslam həmrəyliyinə verdiyi qlobal töhfələrin nümayişi baxımından müstəsna əhəmiyyət kəsb edir:
“Ümumiyyətlə, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Yüksəksəviyyəli Görüşü ərəfəsində baş tutan bu qəbulların əhəmiyyəti öz töfəsini verəcəkdir.

Müşfiq Cəfərov
Bakının belə mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin birləşdirici missiyasını təsdiqidir.
Cənab Prezidentin həm İƏT, həm də ICESCO rəhbərləri ilə keçirdiyi bu əhəmiyyətli görüşlər Azərbaycanın İslam dünyasında yalnız sıravi bir üzv deyil, həm də qlobal qərarların qəbul edilməsinə təsir göstərən, mədəniyyətlərarası dialoqa rəhbərlik edən strateji bir mərkəz və donor dövlət olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirir”.
Turan Rzayev
Globalinfo.az