vyfGzotvtHdC659UcXcJijO8BNGQ8u8E83vDqDtp 1200

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qonşusunu qətlə yetirməkdə təqsirləndirilənlər – Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə hökm oxunub.

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilənlər – Gülnar Müzəffərovanın 15 il,6 ay, Elşən Müzəffərov və Qasım Xankişiyevin ayrılıqda 16 il, 6 ay azadlıqdan məhrum edilməsinə hökm edib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilənlər Gülnar Müzəffərovanın 17 il, Elşən Müzəffərov və Qasım Xankişiyevin ayrılıqda 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılovu qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova yaşadıqları evin həyətində boğaraq öldürüb, meyiti isə həyətdə basdırıblar.

Qətli törətməkdə şübhəli bilinən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəlii bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq təqsirləndirilən şəxs kimi saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Paylaş: