
Ermənistan parlamentində bu gün keçirilən iclasda gərgin anlar yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, insident “Güclü Ermənistan” blokunun təmsilçisi Edqar Kazaryanın parlamentdə çıxış etdiyi vaxt yaşanıb.
Deputat çıxışı zamanı parlamentin sədri Ruben Rubinyanın ünvanına tənqidi fikirlər səsləndirib.
Spiker bir neçə dəfə Kazaryandan müzakirə olunan gündəlik üzrə danışmağı xahiş etsə də, deputat onun çağırışına əməl etməyib.
Bundan sonra Rubinyan mikrofonun söndürülməsi barədə göstəriş verib.
Ardınca Kazaryan təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan kənarlaşdırılıb.
Safura Bənnayeva
Globalinfo.az