ziyafet esgerov 900x600 1

“1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul ediləndə, “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsində “ictimai ehtiyaclar və dövlət ehtiyacları” ifadələri yer almışdı”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov deyib.

Deputat bildirib ki, növbəti referendumda “ictimai ehtiyaclar” sözü çıxarıldı:

“Niyə çıxardıq? Özü də çox maraqlıdır ki, bu anlayışın çıxarılmasını daha çox müxalifət tələb edirdi.

Həqiqətən də yerlərdən, vətəndaşlarımızdan narazılıqlar gəlməyə başladı ki, yaxşı, dövlət ehtiyaclarını biz anladıq. Bəs ictimai ehtiyac nədir? Bu ictimai ehtiyac adı altında o qədər bura əlavə obyektlər salmaq olar ki, bir sözlə, vətəndaşın mülkiyyət hüququ tamamilə pozula bilər.

Konstitusiya hüquq normalarının geniş təfsirinə yol vermək olmaz, əksinə burada konkret olaraq “dövlət maraqları üçün”, “dövlət ehtiyacları üçün” ona görə yazılıb ki, biz normativ hüquqi aktlar haqqında Konstitusiya aktını qəbul etdik və orada göstərdik ki, hər bir halda konkret normalar qeyd olunmalıdır.

Dövlət vətəndaşın mülkiyyət hüququnu müdafiə etmək üçün bu yola gedir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: