epsteyn tramp 900x568 2

“Demokratlar ABŞ Prezidenti Donald Trampın Ceffri Epşteynlə mümkün əlaqələrinin araşdırılması üçün xüsusi prokuror təyin edilməsini tələb edirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Oktyabrın 26-da dərc olunan yeni hesabatda iddia edilir ki, beş qadın Trampı Epşteynin yanında və ya onun bilavasitə fiziki iştirakı zamanı onlara qarşı zorlamada və ya cinsi zorakılıqda ittiham edib.

Demokratlar hesab edirlər ki, ABŞ-ın baş prokuroru Todd Blanş Trampın bu işdə iştirakını birbaşa göstərən “əlavə sübutları” gizlədir.

“Prezidenti nəyin bahasına olursa-olsun qorumaq qərarına gələn ABŞ Ədliyyə Nazirliyi indi Epşteynin cinsi istismar məqsədilə insan alveri əməliyyatının gizlədilməsinə rəhbərlik edir”, – deyə bəyanatda bildirilib.

Partiya nümayəndələri hesab edirlər ki, xüsusi prokuror yalnız Trampın mümkün iştirakını deyil, Epşteynin əlbir olduğu şəxslərin əməllərini də araşdırmalı və onların cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməlidir.

Qeyd edək ki, bir çox cinayətlərdə ittiham edilən Epşteyn 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapıldıqdan sonra bunun intihar olub-olmaması uzun müddət müzakirə edilmişdi. Yeni sənədlər, görüntülər və təhlükəsizlik məsələlərindəki boşluqlar ictimaiyyətdə “Epşteyn həqiqətən öldümü” sualını yenidən gündəmə gətirib.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ildə Nyu-Yorkdakı Metropolitan İslah Mərkəzində, məhkəməni gözlədiyi vaxt kamerada ölü tapılıb. Rəsmi açıqlamalara görə, o intihar edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: